Bu, Şirvan Dərbəndidir. Əl-lstəxrinin deməsinə görə,
Bab əl-Əvbab şəhərdir, dəniz dalğaları bəzən onun divar-
larını
yalayır. Şəhərin ortasında gəmilər üçün dayanacaq
var. Buradakı bir dəniz körpüsü sahildə iki dayaz yer ara-
sında
tikilmişdir. Limanın girişi əyri-üyrüdür və onun qarşı-
Bu şəhər Ərəbdildən iki kvadrat mil böyükdür. Şəhərin çoxlu əkin yerləri olsa da, ancaq meyvə ağacları azdır, meyvəni buraya başqa yerlərdən gətirirlər. Şəhərin dağlardan üzü aşağı enən qala divarları var. Bu dağlarda elə bir yol yoxdur ki, onlar ilə müsəlman ölkələrinə girə biləsən. Divarların uzun olmasına baxmayaraq, onların aşağı hissəsi bir ləpədöyən kimi dənizin içinə uzanıb gedir, bununla da gəmiləri divara yaxınlaşmağa qoymur. Qala-şəhər görklü yerdə möhkəm bir özül üzərində tikilmişdir. Böyük və dəyərli sərhəd şəhərlərindən biridir. O, bir çox düşmən və müxtəlif dillərdə danışan xalqlar əhatəsindədir.
Şəhərin yaxınlığında qurd adı daşıyan böyük bir dağ var. Hər il bu dağın başına çoxlu odun gətirilir, çünki ehtiyac olduqda yağılar gözlənilmədən basqın etdikdə odunlardan tonqal yandırılır, Azərbaycanın və Arranın əhalisinə xəbər verilir.
Söyləyirlər ki, Bab əl-Əvbabdan o yana uzanan dağlarda 70-dən çox xalq yaşayır, bunların hər biri ayrıca öz dilində danışır və bu dili qonşular başa düşmürlər.
Bu diyarın əhəmiyyətinə görə, Sasani şahları ona
çox göz qoyur və şimal tayfalarının basqınlarından
daha çox qorxu çəkərək oradakı bütün işləri diqqətlə
izləyirdilər. Buna görə də bu yeri müdafiə etmək üçün
bir sıra ölkələrdən köçüb gələn və şahların inandıqla-
rı
adamlar buraya qarovul qoyulmuşdular. Orada qa-
rovul
çəkənlərin içərisində tabasaranlı adlanan bir
xalq var, onun qonşuluğunda filan xalqı, sayca çox
Sasani şahları Bab
əl-Əvbab ərazisini niyə
diqqətlə qoruyurdular?
Ərazi strateji baxımdan
hansı əhəmiyyətə malik
idi?