O günlər sanki tamam dəyişib başqa adam olmuşdu. Həmişə qaraqabaq görünən bu gənc oğlan indi daha da ciddiləşmişdi. Onun qəribə xisləti vardı - heç nəyi gizlədə bilmirdi. Qəlbindən keçənlər o saat üzündən oxunurdu. Bu dəfə də belə oldu. Yoldaşları tutqun və sözlü olduğunu görüb, onu sorğu-suala tutdular. Əli zarafata salıb söz atdı
Yenə nə olub ay Üzeyir qaş-qabağın yerlə gedir
Məni düşündürən bilirsiniz nədir Bilmək istəyirəm nə üçün indiyə qədər Şərqdə opera olmayıb
Əbdülmüslüm soyuqqanlılıqla dilləndi:
- Əvvəlcə opera yazan olmalıdır, sonra isə opera yaranmalıdır. Nə qədər ki, Şərqin Verdisi, Rubinşteyni yoxdur, operası da olmayacaq.
1908-ci ilin ayazlı-şaxtalı qış gecələrindən biri idi. Bakının üstünə qatı qaranlıq çökmüşdü. Gecədən xeyli keçməsinə baxmayaraq, “İsmailiyyə” mehmanxanasmdakı 31 №-li otağın pəncərəsindən yenə də işıq gəlirdi.
...Sabah axşam onun “Leyli və Məcnun” operasının ilk tamaşası göstəriləcəkdi. Üzeyir bəy sonuncu dəfə operanın rejissoru Ərəblinskiyə və Məcnun rolunun ifaçısı Sarabskiyə məsləhətlər verirdi.
- Hüseyn, operanın taleyi sənin əlindədir. Sən onu göyə də qaldıra bilərsən, yerə də vura bilərsən. Amma mən sənin gücünə yaxşı bələdəm. Əminəm ki, onu göyə qaldıracaqsan.