İbn əl-Mükkəfa deyir ki, Azərbaycan öz adını Azərbaz ibn İran ibn
əl-Əs-
vad ibn Sam ibn Nuhun adından götürmüşdür. ...Başqalarının
dediklərinə görə, bu ad Azərbaz ibn Bayvarasfın adı ilə bağlıdır.
Bir başqaları söyləyirlər ki, Əzər - pəhləvi dilində ”od”, bayqan
isə “qoruqçu” və ya “od qoruyucusu” deməkdir. Beləliklə, bu söz -
“od məbədi”, yaxud “od keşikçisi” mənasını bildirir, sonuncu fikir
həqiqətə yaxın ola bilər, çünki bu bölgələrdə od məbədləri olduqca
çoxdur.
Azərbaycan sərhədləri gündoğarda Bərdədən başlayaraq günbatarda Ər- zincana qədər uzanır. Azərbaycan geniş bir ölkədir. Azərbaycanın tanınmış şəhərləri içərisində Təbriz onun indiki paytaxtı və ən böyük şəhəridir. Qədim zamanlarda Azərbaycanın paytaxtı Marağa olmuşdur. Xoy, Səlmas, Urmu, Ərdəbil, Mərənd və başqaları Azərbaycan şəhərləri sırasındadır.
Azərbaycan geniş ölkə və böyük dövlətdir. Bura, əsasən, dağlıq ölkədir. Burada bir çox qalalar, saysız-hesabsız variyyət və meyvə ağacları vardır. Mən heç bir yerdə buradakı qədər bağlar və bu qədər çox çay və bulaqlar görməmişəm. Bu ölkəni gəzən adama su üçün qab götürmək lazım gəlmir, çünki burada o haraya gedir-getsin, su ayağının altından axır və bu su soyuq, dadlı və sağlamdır.
Azərbaycanda yaşayan əhali üzügülər, qır-
mızıyanaq adamlardır, dəriləri açıq rəngdədir.
Onların
danışdığı dili başqaları anlamır. Onla-
rın xasiyyəti
yumşaqdır, davranışı yaxşıdır,
ancaq təbiətcə əliaçıq deyillər.
Sizcə, Y.Həməvi niyə Azərbay-
canda yaşayan əhalini əliaçıq
hesab etmir? Bunun əksini sübut
etmək üçün arqumentlər göstərin.
Cavabınızı əsaslandırmaq
üçün mətndəki hansı cümlədən
istifadə edə bilərsiniz?
Y.Həməvi nə üçün
Azərbaycanı döyüşlər
ölkəsi adlandırır?
Tarixən baş vermiş
hansı hadisələr sizi
bu fikri təsdiqləməyə
əsas verər?
Azərbaycan arası
kəsilməyən çaxnaş-
ma və döyüşlər ölkə-
idir. Buna görə də
buradakı şəhərlərin çoxu dağıdılmış, kəndlər isə xa-
rabalığa
çevrilmişdir.