- Ana, mənə de görüm, Savalana
qədər belə gömgöy görünən o dağlar,
dərələr, düzənlər ki var, ora nədir?
- Ərdəbil mahalı.
- Yox.
- Bəs nədi?
- Vətən!
Tanınmış ərəb səyyahı və coğrafiyaçısı Yaqut əl-Həməvi 1213-cü ildən o zamanın Şərq ölkələrini gəzməyə başlamış, həmin ildə də Azərbaycanda olmuşdur. Dağıdıcı monqol basqınlarından əvvəl, 1220-ci ildə Yaqut bir daha Azərbaycana gəlib onun əhalisi, təsərrüfatı və məişəti ilə yaxından tanış olmuş, Təbriz, Marağa, Urmu, Əhər, Mərənd, Sərab, Ərdəbil, Uşnu, Miyanə kimi Azərbaycan şəhərlərinin yaşayışını öz gözləri ilə görmüşdür.
Yaqut-əl-Həməvinin “Mucəm əl-buldən” (“Ölkələrin əlifba ilə sıralanması”) əsəri coğrafi ensiklopediya səciyyəsindədir. Əsərin diqqəti cəlb edən xüsusiyyətlərindən biri yer adlarının müəllif tərəfindən düzgün yazılışının verilməsidir. Bu isə Azərbaycanın oza- mankı toponimik xəritəsinin öyrənilməsi üçün çox dəyərlidir.
Geniş bir vilayətin ərəbcə olmayan adıdır.
Çoxlu şəhərləri var, onların içində Cənzə şəhəri (xalq
onu Gəncə adlandırır), Bərdə, Şəmkür və Beyləqan şəhər-
ləri
vardır.
Azərbaycan ilə Arranın arasında Ərraz (Araz) adlanan
çay axır. Bu çayın günbatar və quzey yaxasında nə varsa, hamısı
Arrana dü-
şür, gündoğar səmtində olanlar isə
Azərbaycanındır.