Həyat və onun mənası qoca-
nın düşüncələrində necə əks
olunur? Onun düşüncələrini
‘‘Həyat sevgisi” şeirinin lirik
qəhrəmanının düşüncələri ilə
müqayisə edin.
“Necə əl çəkim?” ifadəsində
şairin hansı hissləri ifadə olu-
nub? Sizcə, bu müraciətdə
təəssüf həsrət, yoxsa həyat
aşiqi olan bir şəxsin sevinc
hissləri vardır?
“Həyat sevgisi” şeirində bə-
dii üsluba aid olan hansı xü-
susiyyətlər özünü göstərir?
(ixtisarla)
Ah, mən gündən-günə bu gözəlləşən
İşıqlı dünyadan necə əl çəkim?
Bu yerlə çarpışan, göylə əlləşən
Dostdan, aşinadan necə əl çəkim?
Həyat dedikləri bu keşməkeşdən,
Qəlbimdə, qanımda yanan atəşdən,
Gecədən, gündüzdən, aydan, günəşdən,
Bu əngin fəzadan necə əl çəkim?
Xəzan acısına edib təhəmmül,
Gülün kölgəsində ötəndə bülbül,
- Həyat, həyat! - deyə çırpınır könül,
Könüldən, sevdadan necə əl çəkim?
Mikayıl Müşfiq