1.
Mətnin (səh. 140) adına münasibət bildirin.
2.
Cerrinin həyat tərzini öyrəndikdən sonra F.Əttarın nəsihətlərinə
nəyi əlavə etmək istər-
diniz?
3.
Mətni oxuduqdan sonra Cerrinin məsləhətlərini seçib qruplaşdırın.
Həmin məsləhətlərə öz münasibətinizi bildirin.
Cerrinin məsləhətləri
|
Sizin münasibətiniz |
|
|
|
|
|
|
|
|
4.
Cerrinin
Məni ölü kimi yox, canlı kimi əməliyyat edin cümləsinə
münasibət bildirin.
5.
Muniba Mazarini və onun həyat tərzini xatırlayın. Onu və Cerrini
xarakter baxımından müqayisə edin. Onların həyat tərzində kəsişən
məqamları müəyyənləşdirin.
6.
Sizə görə, insan həyatda necə yaşamalıdır? Azərbaycan
Respublikasının Konstitusiyasından 27-ci maddəni oxuyun (səh. 143)
və sualı cavablandırın.
7.
Emest Heminqueyin “Qoca və dəniz” əsərindən verilmiş parçanı (səh.
144) oxuyun. Cerrinin yaşamaq arzusu ilə qoca balıqçı Santyaqonun
yaşamaq, sağ qalmaq və arzusuna çatmaq uğrunda apardığı mübarizəni
müqayisə edin.
8.
Qarşınızda iki yol olubmu? Hansını seçmişsiniz?
9.
Mətndə (səh. 140-141) çərçivədə verilmiş sözləri etik baxımdan
daha uyğun sözlərlə əvəz edin.
10.
Mətndə (səh. 140-141) göy rəngdə verilmiş sözlərdən hansından
istifadə olunsa, fikir düzgün və dəqiq olar?
11.
Əməliyyat sözünün hansı mənası mətndəkinə uyğun gəlir?
-
Müəyyən bir məqsəd güdən və bir-biri ilə əlaqəli olan işlər.
-
Bəzi xəstəliklər zamanı müalicə məqsədi ilə bədənin hər hansı
bir yerində icra olunan cərrahlıq işi.
-
Müharibədə bir məqsədi, tapşırığı yerinə yetirmək üçün
aparılan döyüş işləri.
- Maliyyə, ticarət idarəsinin gördüyü işlərin məcmusu.