Cerrinin sözləri mənə çox təsir etdi. Sonra uzun illər onu görə
bilmədim. Ancaq həmişə həyatda bir çətinliklə qarşılaşanda
onu (yada salmaq).
Neçə illər sonra Cerrinin başına bədbəxt bir hadisə
gəldi. Soyğun üçün gələn oğrular Cerrini
dəlik-deşik etdilər. O, 18 saat
əməli..at stolunda
qaldı. Həftələrlə reanimasiyadan çıxmadı. Xəstəxa-
nadan
çıxanda güllələrdən bir neçəsi hələ də bədənində idi.
Cerrini bu hadisədən altı ay sonra gördüm.
“Ne-
cəsən?” - deyə soruşanda yenə: “Bundan yaxşı ola
bilməz”, - deyə cavab verdi...
- Cerri, hadisə vaxtı nə hiss etdin? - dedim.
- Oğrular məni yaralayanda istər-istəməz iki yolum
olduğunu düşündüm. Ya yaşamağı seçməli idim, ya da öl-
ümü.
Mən yaşamağı seçdim.
- Heç qorxmadın?
- Təcili yardımla gələn tibb işçiləri yaxşı ( insanlar, adamlar ) idilər. Mənə hey “qorxma, sağalacaqsan" deyirdilər. Ancaq təcili yardım məntəqəsindəki həkimlərin və tibb bacılarının gözlərindəki ifadəni görəndə ilk dəfə qorxdum. Bu gözlər mənə “bu adam sağ qalmayacaq ” deyirdi. “Deməli, bir tədbir görməsəm, bir az sonra ölü olacağam”, - deyə düşündüm.
- Bəs sən nə etdin?
- Yanıma yekəpər bir tibb bacısı gəldi və bir şeyə ehtiyacım olub-olmadığını soruşdu. Mən də var dedim. Həkimlər də, tibb bacıları da maraqla susdular. Dərin bir nəfəs alıb özümü topladım və var gücümlə: “Mən güllələrə nifrət edirəm!..” - deyə bağırdım. Hamı güldü. Sonra yenə var gücümlə: “Məni ölü kimi yox, canlı kimi əməliyyat edin”, - dedim...
Cerri təkcə həkimlərin peşəkarlığı ilə yox, həm də öz optimizmi ilə sağ qaldı.
Bu hadisə mənə yeni bir dərs oldu və bir daha Cerridən hər birimizin yaşamağı seçmək haqqımız olduğunu öyrəndim...
Bu yazını oxuyandan sonra düşündüm ki, iki yolum var: ya yazdıqlarımı cırıb atmaq, ya da kiminləsə bölüşmək. Mən ikincini seçdim. Bəs siz?