12.
Mətndə göy rəngdə verilmiş sözləri sinonimləri ilə əvəz edin
və leksik mənalarını izah edin.
13.
Ton sözünü mətndəkindən fərqli mənada işlədin.
14.
Mətndən (səh. 10-11) frazeoloji birləşmələri seçib onlan bir
sözlə ifadə edin. Onların leksik mənalarını tapın.
15.
İlk və sonuncu sözləri antonimdir fikrini ya təsdiq, ya
da təkzib edin. Fikrinizi əsaslandırın.
16.
Mətndə altından xətt çəkilmiş cümlədə (səh. 11) hansı söz
leksik normanı pozur?
17.
“Məni candan usandırdı...” qəzəlinin hansı misrasında
kədər sözünün sinonimi, sevinc sözünün antonimi
olan söz vardır?
18.
Qəzəldəki hansı söz sxemi tamamlaya bilər?
19.
Sürətlə və sürətli sözlərini cümlədə işlətməklə
onların qrammatik mənalarını fərqləndirin. Mətnin birinci
abzasında ayrı-ayrı cümlələrdə (səh. 10) işlənmiş
belə sözünü müqayisə edin və durğu işarəsinə ehtiyac
olub-olmadığını araşdırın.
20.
Qırmızı rəngdə verilmiş cümləni elə dəyişin ki, mübtəda
frazeoloji vahidin daxilində olsun. Sonra hər iki cümləni
müqayisə edin.
21.
Mətndə fərqləndirilmiş cümlədə (səh. 11) qrammatik norma hansı
sözdə pozulmuşdur?
22.
Mətndə (səh. 11) çərçivəyə alınmış sözlərin eyni leksik
şəkilçi ilə düzəlib-düzəlmədiyini əsaslandırın.
23.
Mətndə (səh. 10) göy rəngdə verilmiş cümlədə hansı norma
pozulmuşdur?
24.
Qəzəldə (səh. 13) misraların sonunda sual və nida işarəsinin
işlənmə səbəbini izah edin.
25.
Mətndə (səh. 10) tünd şriftlə verilmiş cümlələrdən hansında:
- bir anlayış digərinin üzərinə köçürülmüşdür;
-
bir anlayış digəri ilə müqayisə edilir.
26.
“Məni candan usandırdı...” qəzəlinin hansı misrasında mübaliğə
vardır? Niyə belə hesab edirsiniz? Qəzəldə mübaliğə nə üçün
verilmişdir?
Söz dilin əsas vahidi olub, informativ yükə malikdir və ondan
məlumat mübadiləsi məqsədilə istifadə olunur. Lakin söz bədii
üslubda həm də üslubi vəzifə daşıyır. Bu zaman söz daha çox
məcazi mənada çıxış edir. Sözün bədii üslubda yerinə yetirdiyi
vəzifəyə poetik funksiya deyilir, sözün özü isə poetizm,
yaxud bədii söz adlanır. Məsələn,
isti su birləşməsində isti sözü həqiqi mənasında
işlədilərək, adi informativ vəzifə daşıyırsa,
isti münasibət birləşməsində məcazi mənada poetik
funksiya yerinə yetirmişdir. Sözün poetik imkanları bədii
üslubda bədii təsvir və ifadə vasitələri (epitet, təşbeh,
metafor, metonimiya, mübaliğə və s.) ilə üzə çıxır.