16.
“Yengəclər evi necə tapırlar” mətninin adına münasibət bildirin.
iblis
araqarışdıran, fitnə salan, fitnəkar,
hiyləgər
balıqqulağına oxşar bərk çanaq
içərisində yaşayan yumşaq bədənli
molyusk
ilbiz
17.
Üçüncü mətndə (səh. 136) hansı cümlədə leksik norma pozulmuşdur?
18.
Təbibsiz, davasız can verdi anam,
Yaslı köynəyini geyindi dağlar. (S. Vurğun) misralarında
işlənən dava sözünün mənasını müəyyənləşdirin. O, nağılda
işlənən dava sözü ilə eyni mənanı daşıyırım?
19.
Mətnin (səh. 134-136) dili üzərində iş aparın. Üslubi cəhətdən
qüsurlu cümlələri düzəldin.
20.
Mətndə altından xətt çəkilmiş cümlədə (səh. 134) tünd şriftlə
verilmiş sözü sinonimi olan sözlə əvəz etmək olarmı? Niyə?
21.
Mətndə qırmızı rənglə verilmiş sözü (səh. 134) ötrü sözü ilə əvəz
etmək olarmı? Cümlədə hansı dəyişiklik baş verəcək? Dəyişikliyin
səbəbini izah edin.
22.
“Yengəclər evi necə tapırlar?” mətninin adı, sizcə, bədii sual
cümləsi, yoxsa adi sual cümləsidir?
23.
“Məlikməmmədin nağılı” mətnində sual cümlələrini seçib onların
növünü müəyyənləşdirin.
24.
Yengəclər haqqında məlumat toplayıb elmi mətn tərtib edin. Tərtib
etdiyiniz mətndə aşağıdakı məlumatların olmasına çalışın:
- yengəclərin bədən quruluşu
- yengəclərin yaşayış tərzi
- yengəclərin böyük köçü
- yengəclərin əhəmiyyəti
Mətni tərtib etdikdən sonra əldə etdiyiniz məlumatları “Yengəclər
evi necə tapırlar?” mətnindəki məlumatlarla tutuşdurun. Hansı
məlumatlar üst-üstə düşdü? Hansı məlumatlar öz təsdiqini tapmadı?