2.
“Yengəclər evi necə tapırlar” mətninin adına münasibət bildirin.
3.
F.Əttarın hansı nəsihəti (səh. 102-103) mətnin (səh. 134—135) ifadə
etdiyi əsas fikir ola
bilər?
4.
Sosial nizam dedikdə nə başa düşürsünüz? Oxuduğunuz
məktəbdə nizam məsələləri necə tənzimlənir?
5.
“Şərikli çörək” filmindən insanların saatlarla çörək almaq üçün
növbəyə durması səhnəsinə baxın. Sizcə, bu növbəyə durma sosial
nizam hesab edilə bilərmi? Fikirlərinizi
əsaslandırın.
6.
Fikirlərdən biri yanlışdır:
a) Hermit yengəcləri ev taparkən çətinlik çəkir.
b) Hermitlərin ev axtarmasına səbəb onların daimi
köçməsidir.
c) Müəyyən saniyələr onların yeni yuvaya yerləşməsini təmin
edir.
d) Kiçik yengəclər yuvaya yerləşmək üçün öz növbələrini
gözləyirlər.
e) Yengəclərin yuva qarşısındakı növbəsi saatlarla çəkir.
7.
Mətndə (səh. 134-135) hansı məlumat yoxdur?
- Bir ilbiz qabığında bir çox yengəc yerləşə bilir.
-
Yengəcləri düşmənlərindən qoruyan bərk qabıqları yoxdur.
- Tapılan yeni evə birinci ən böyük yengəc girir.
-
Tədqiqatlar yengəclərin fədakarlığını üzə çıxarmağa imkan
vermişdir:
8.
Mətndə (səh. 134—135) hansı suala cavab yoxdur?
-
Yengəclər ilbizləri öz yuvalarını tərk etməyə necə məcbur
edirlər?
- Yengəclər nə üçün ilbiz qabıqlarını yuva kimi seçirlər?
- Nə üçün yengəclər yuva tapmaqda çətinlik çəkirlər?
- Yengəclər nə üçün daima köçürlər?
-
Yengəclər ev tapmaq üçün qarşılarına çıxan problemi necə həll
edirlər?
9.
“Məlikməmməd” nağılına əsasən, Məlikməmmədin hansı xüsusiyyətinə
görə qardaşlarından fərqləndiyini deyin.
10.
Nağıldakı hansı cümlə “Nağıl dili yüyrək olar” ifadəsini təsdiq
edir?
11.
Sosial müdafiə və sosial nizam birləşmələrinin
leksik mənalarını müəyyənləşdirin.
12.
Sizcə, yengəcin evi, yoxsa yuvası olmalıdır?
13.
Mətndə fərqləndirilmiş cümlədə (səh. 134) çox sözünü hansı sözlə
əvəz etsəniz, daha düzgün olar?
14.
Mətndə göy rəngdə verilmiş cümlədə (səh. 135) ən ədatını
sinonimi olan ədatla əvəz edin.
15.
Mətndə (səh. 135) bənzədilən və bənzətmə hansı cümlədədir? Həmin
cümləni seçib onun nə dərəcədə uğurlu olub-olmamasını
əsaslandırın.