Biri varmış, biri yoxmuş, bir padşah varmış. Bu padşahın da bağında bir alma ağacı varmış. Bu ağac birinci gün çiçək açar, ikinci gün çiçəyini tökərmiş, üçüncü gün də bar verərmiş. Bu almanı hər kəs yesəymiş, on beş yaşında oğlan olarmış. Padşah hər gün səhər tezdən sübh açılan kimi durub gedərmiş bağa ki, almanı dərib yesin, amma görərmiş ki, alma dərilib. Kor-peşman geri qayıdarmış. Bir gün belə, beş gün belə, axırda padşah təngə gəlib böyük oğlunu yanına çağırdı. Oğul atasının qulluğuna gələn kimi baş endirib dedi:
-Ata, sənə fəda olum, mənə görə nə qulluq?
Atası dedi:
- Belə də iş olar? Mən padşah ola-ola bağımdakı almaya həsrət qalam, heç ondan yeməyəm?! Gərək nə təhər olsa, almanı oğurlayanı tutasan ki, tənbeh oluna.
Oğlan atasının əlindən öpüb çıxdı, dava libasını geyinib, ox-kamanını götürüb, bağa getdi.
Oğlan bir saat gözlədi, iki saat gözlədi, sübh - alma yetişən vaxt yuxu onu tutdu. Bir zaman ayılıb gördü ki, alma ağacda yoxdu, dərilibdi. Padşahın böyük oğlu kor- peşman evə qayıtdı.
O biri gün padşah ortancıl oğlunu yanına çağırıb dedi:
- Belə də iş olar? Mən özüm padşah ola-ola bağımdakı almaya həsrət qalam, heç ondan yeməyəm?! Gərək nə təhər olsa, alma oğurlayanı tutasan ki, tənbeh oluna.
Ortancıl oğlan da atasının əlindən öpüb çıxdı, dava libasını geyinib, ox-kamanını götürüb, bağa getdi. Bu da bir saat gözlədi, iki saat gözlədi, axırda alma yetişən vaxtı yuxuya gedib yatdı. Bir zaman ayılıb gördü ki, alma dərilib. Kor-peşman evə qayıtdı. Bu xəbəri padşahın kiçik oğlu Məlikməmməd eşitcək atasının yanına gəldi, ədəblə baş endirib dedi:
-Ata, izin ver, bu səfər də alma ağacının keşiyini mən çəkim.
Qam Ğan oğlu Bayındır xan yerindən durmuşdu. Yüksək evini qara yer üzərində ucaltmışdı. Hündür alaçığı göy üzünə dirənmişdi. Min yerdə ipək xalçalar döşətdirmişdi. İç Oğuz və Daş Oğuz bəyləri toplaşmışdılar.