Bu yeni evə əvvəlcə ən qabaqda olan ən böyük yengəc girir. Ən böyük yengəc yerləşdikdən sonra sıra ilə bütün yengəclər qabığın içinə doğru hərəkət edirlər. Beləliklə, bir qabıq bir çox yengəcin evi olur.
Tədqiqatı aparan elm adamlarına rəhbərlik edən Randi Rotcan tədqiqat zamanı hermit yengəclərinin qeyri-adi xüsusiyyətinə şahid olduğunu deyib: fədakarlıq...
Müşahidələrə əsasən, bir hermit yengəci yuva axtararkən özünə böyük olan ilbiz qabığı tapdıqda həmin qabığın içinə yerləşmir, o qabığa uyğun böyüklükdə başqa yengəc gələnə qədər gözləyir. Böyük yengəc gəldikdə yenidən böyükdən kiçiyə doğru sıra düzülür və beləliklə, heç bir haqsızlıq olmadan bütün yengəclər özlərinə uyğun yeni yuva əldə edirlər. Randi Rotcan: “Yengəclər növbəyə durmaq üçün saatlarını sərf edirlər. Lakin növbənin yuvaya yerləşməsi saniyələr çəkir. Eynilə damino daşları kimi...” - deyərək yengəclərin “sosial nizam”ını və iş birliyini izah edir.
Hermit yengəclərinin bu “sosial nizam”ı bizə mühüm həqiqəti xatırladır.
İntizamlılıq şəxsin qəbul edilmiş qayda və qanunlara əməl etməsi ilə xarakterizə olunan keyfiyyətdir. İnsanın fəaliyyət və ünsiyyət prosesində, mövcud sosial normalara, etalonlara və s. hörmətlə yanaşması, şəxsin intizamlı olmasını bildirir. Görkəmli alman filosofu İ.Kant nizam-intizamın insanda vəhşiliyi ləğvetmə vasitəsi olduğunu göstərmişdir.
İnsanların qrup və kollektiv şəraitdə birgə fəaliyyət göstərməsi, başqa səbəblərlə paralel olaraq intizamlılıq keyfiyyətinin dərk olunması ilə bağlıdır. İntizamlılıq - şəxsiyyətin işgüzarlığı və sosiallığının göstəricisidir. İntizamlılıq həm də əxlaqi qiymətdir.