Yaşıl təpənin üstündə uca, qol-budaqları göyləri yaran bir ağaç varmış... çox ağaclar kimi o da ildə bir neçə dəfə yarpaxlarını tökər yenidən yaşıllanarmış. Ağacın ən üst budağlarından birində yenicə tumurcuxdan çıxmış və o ağacdan heçvaxt qopmayacağını düşünən bir yarpaq varmış. Yarpaq ağacıyla o qədər fərəhlənərmiş, o qədər uca tutarmış ki, ətrafdakı başqa ağaçdarı görməzmiş də. Hər külək əsəndə ən uca budağa doğru meyl edər, Ağacını yandırıcı günəşdən qoruduğunu sanarmış. Nə külək, nə yağış, nə tufan onu ağacdan ayıra bilməzmiş, o da onu digər yarpaqlardan seçib əzizləndiyini düşünərmiş, çünki payızsda ağacda qalan yeganə yarpaq o imiş.Payız gəlir və bir gün əsən fırtına ağacın bir neçə budağını qırır, payızın saralıb soldurduğu bu yarpaq taqətdən düşmüş qüvvətdi ağacını tərk etməyəcəyini söz verir. Möhkəm-möhkəm qopmaq üzrə olan zərif tellə ona tutunur. Yaz gəlir, ağac yenə yaşıllanır, yenə yarpaqlarla əhatə olunur və çox zəiflədiyini yerdəki göllərdən birində görən fədakar yarpaq torpağa qarışaraq ağacına yenə xidmət etmək üçün özünü budaqdan düşürür... Ağac yazın ən zərif mehinə fədakar yarpağını qurban verir...