Mirzə Hüseyn Qayıbzadə Qori seminariyasında
Azərbaycan dili və şəriət müəllimi vəzifəsinə
(təyin edil-
mişdi, təyin edilmişdir). O, şəriət
qanunlarının çox güclü
olduğu bir dövrdə azərbaycanlıların dünyəvi təhsil al-
ması
yolunda böyük xidmətlər göstərmiş, Azərbaycan
təhsil tarixində silinməz iz qoymuşdur.
Vaxtının çoxunu Tiflis kitabxanalarında keçirən M.H.Qayıbzadə burada o dövrün ziyalıları ilə tanış olmuşdur. Onların arasında M.F.Axundzadə, alman filoloqu Adolf Berje, gürcü maarifçiləri llya Çavçavadze, Mixail Kipiani də var idi. M.EAxundzadə Hüseyn Əfəndinin ən yaxın dostu və məsləkdaşı idi. Aralarında böyük yaş fərqi olan bu iki ziyalımız Azərbaycan xalqının maariflənməsi sahəsində böyük işlər görmüşlər. Onlar azərbaycanlı tələbələrin Rusiya hərbi və mülki məktəblərinə qəbul olunmasına çalışır, bu tələbələrin təhsilini başa vurub Azərbaycana qayıtmaları üçün əməli işlər görürdülər. Onların fəaliyyəti (sayəsində, nəticəsində) 1875-ci ildə Tiflisdə kasıb müsəlman uşaqları üçün xüsusi “Müfti məktəbi” açılmışdı.
1881-ci ildə müfti vəzifəsinə seçilərkən Mirzə Hüseyn demişdi: “Mən heç bir
Qadın təhsili və azadlığı məsələsi onu çox dü-
şündürmüş,
bu yolda böyük əmək sərf etmişdir. Yaz-
dığı məqalələrdə
sübut edirdi ki, qızların təhsil alması
heç də şəriət qanunlarına zidd deyildir.
M.H.Qayıbzadə məvacibinin əsas hissəsini azərbaycanlıların təhsil almasına sərf edirdi. Belə ki, 5 il ərzində o öz hesabına 43 nəfər azərbaycanlı seminaristi oxutmuşdu. Onların arasında Rəşid bəy Əfəndiyev, Firidun bəy Köçərli də var idi.