Bir şəfqət bacısı kimi hər an onunla bərabər döyüşlərdə olur. Hətta 1914—18-ci illərdə zabit xanımlarının yaratdığı “Qırmızı Xaç” adlı Hərbi xəstəxanaya başçılıq edən komitənin sədri seçilir. Gününün çox hissəsini yaralıların arasında keçirir, bəzən onların ailələrinə məktub da yazır, onlara təsəlli verir. Nigar xanımla birlikdə “Müsəlman alayı’nda vuruşan şair Məhəmməd Hadi sonralar onun bu xeyirxahlığını ehtiramla vəsf etmişdir...
1914-cü ildə “Russki invalid” qəzetinin 1 avqust sayında Nigar xanımın qadınlara müraciəti dərc edilir. Bu müraciətdə o, döyüşçü xanımlarını ağlamağa, sızlamağa yox, ərlərinə dəstək olmağa, mübarizliyə çağırırdı ki, ərləri cəbhədə daha ürəkli vuruşsunlar, ailələri sarıdan narahat olmasınlar.
Nigar xanım həm cümhuriyyət dövründə, həm də sonrakı illərdə şəfqət bacısı işləməklə yanaşı, dövri mətbuatda müxtəlif məzmunlu məqalələrlə də çıxış edir. Sovet dövründə “Yeni fikir”, “Şərq qadını” və s. qəzet və jurnallarla əməkdaşlıq edən bu xanım, əsasən, Azərbaycan ədəbiyyatı tarixindən, ana dilimizin saflığından bəhs edən məqalələr yazırdı.
“Səməd Vurğun “Şəfqət
bacısı ” şeirini Nigar Şıxlins-
kayaya həsr etmişdir”fikrini
ya təsdiq, ya da təkzib edin.
Bunun üçün “Əfsanəyə
bənzər eşq ” mətnində hansı
fakta diqqət yetirməlisiniz?