6.
Daha hansı sözlər var ki, onları nitqimizdə daim işlətməliyik?
Hansı sözlərin dilin lüğət tərkibindən çıxmasını istəyərdiniz?
Belə təklif üçün nəyi əsas gətirərdiniz?
7
Müəllif nə üçün “bağışla” kəlməsinin səsləndirilməsinin çətin
olduğunu deyir və bu sözü unutmamağı tövsiyə edir?
8.
Necə düşünürsünüz, “sevirəm” sözünü kimə, nə zaman və hansı halda
demək olar?
9.
Mətnə əsasən insanlara məxsus hansı xarakterik xüsusiyyətlər
haqqında danışmaq olar?
10.
Mətndə məişət üslubuna xas hansı ifadələr vardır? Mətnin məzmununa
uyğun olaraq həmin sözləri daha uyğun etik ifadələrlə əvəz edin.
11.
“Nitqimizdə etiketlər” mövzusunda danışın
(məqalə də hazırlaya bilərsiniz).
12.
Sevmək və
istəmək sözləri:
a) yaxınmənalı sözdür, həmişə bir-birini əvəz edə bilmir.
b) eynimənalı sözdür, həmişə bir-birini əvəz edir.
- Fikirlərdən birini seçib müzakirə edin.
- İstəmək sözünün çoxmənalılığını əsaslandırın.
13.
Mətndə (səh. 122) kursivlə verilmiş cümlədə hansı söz yerində
deyildir? Həmin sözü düzgün olan ifadə ilə əvəz edin.
14.
Mətndə bozarmaq sözünün hansı mənası işlənmişdir?
boz rəng almaq, bozlaşmaq
tutqunlaşmaq, soyuqlaşmaq
bişməyə başlamaq
yetişməyə başlamaq, biçilmək
üzə qabarmaq, acıqlanmaq, hörmətsizcəsinə cavab vermək
15.
Mətndə (səh. 122) altından xətt çəkilmiş cümlədə hansı söz üslubi
ağırlıq yaradır? Həmin sözü eyni məna verən hansı sözlərlə əvəz
etsəniz, məqsədəuyğun olar?
16.
Mətnə hansı bədii sualları əlavə etmək istərdiniz?
17.
Mətndə altından xətt çəkilmiş cümlədə (səh. 122) məzmun
qarşılaşdırılır, yoxsa ziddiyyət yaradılır? Həmin cümlədə vergül
işarəsinin düzgün işləndiyini əsaslandırın.
18.
Mətndə də hissəciyinin ayrı yazılmasının səbəblərini
izah edin.
19.
Mətndə işlənən bir sözünün qrammatik funksiyalarını
müəyyənləşdirin.
20.
Mətndə qımızı rəngdə verilmiş sözləri (səh. 122) daha düzgün ifadə
ilə əvəz edin.