4.
Şəkil üzərində iş aparın.
Rəssam Mərziyə Tağıyeva-
nın rəsm əsərinə diqqətlə
baxm. Rəsm əsəri sizi qane
edirmi? Mətnin məzmunu-
nu qavramağa xidmət
edirmi?
Rəsmin adma münasibət
bildirin. Nə üçün əsər
məhz belə adlandırıl-
mışdır? Siz əsəri necə
adlandırardınız?
Şəkli sözlə təsvir edin.
Nitqiniz üçün uyğun üslub
seçin.
Siz rəssam olsa idiniz, bu
mənzərəni necə təsvir
edərdiniz?
5.
“Deyə bilmədiyimiz sözlər...” və “Bəhram və Fitnə” mətnlərində
sual cümlələrini seçin.
Onların ritorik, yaxud adi sual cümləsi olduğunu əsaslandırın.
Bədii dil obrazlı dildir. Obrazlılıq bədii əsərlərdə ifadəlilik,
canlılıq yaradır və mətni bütünlükdə xarakterizə edir. Sənətkar
bizi əhatə edən aləmi, varlığı obrazlı şəkildə canlandırır.
Bədii əsərlərdə işlədilən sintaktik fiqurlar
(ellipsis, ritorik suallar, şəxsləndirmə, bədii xitablar,
təzadlar və s.)
bədii əsərin fərdi-üslubi xüsusiyyətlərini müəyyənləşdirməyə
xidmət edir.
Bədii (ritorik) sual cümlələri formaca sual şəklində olsalar da,
məzmunca sual ifadə etməyən cümlələrdir və bu baxımdan onlar
həqiqi sual cümlələrindən fərqlənir. Sual cümlələrinin bu
növündə cavab tələb olunmur.Məsələn:
-
Bu nədir? Arzuya, diləyə bir bax,
Gör bir nələr keçir ana qəlbindən? (B.Vahabzadə, “Ana
hədiyyəsi”)
-
İslanmışın yağışdan nə qorxusu? (Atalar sözü)
-
Hacı Bəxşəli: - ...Öz əyalımdır; kefim istər, yazdıraram,
istəməz, yazdırmaram;
sənə nə borcdur? (C.Məmmədquluzadə, “Ölülər”)