Almayırsan ovu gözünə nədən?
Bax o gur çaparaq gəlir uzaqdan,
Harasından vurum? Başdan, dırnaqdan?
Dedi: “İnanaram qüdrətinə mən,
Onun dırnağını başına tiksən”.
Şah onun istəyinə eylədi əməl
Əvvəlcə istədi küruhə - kaman,
İçinə girdə daş qoyaraq haman,
Atdı, qulağına saldı şikarın,
Elə bil canını aldı şikarın,
Yazıq gur qaldırdı tez ayağını,
Qurtarsın xətərdən öz qulağını.
Şahın ildırıma döndü peykanı,
Nura qərq eylədi bütün dünyanı,
Dırnağından keçib, başını dəldi,
Dırnağı başında gur yerə gəldi.
Şah çinli kənizdən eylədi sual:
“Necədir hünərim?” O pəricamal
Söylədi:
“Şah buna etmişdir adət,
Sayılmaz heç yerdə adət məharət.
İnsan etsə əgər bir işə vərdiş,
Çətin olsa belə, görülər bu iş.
Zənn etmə əməlin şücaətdəndir,
Güclülükdən deyil, bu, adətdəndir”.
Nizami Gəncəvi,
“Yeddi gözəl” poemasından