Nitqimizdə bəzi sözlər var ki, onu deməyə çox çətinlik çəkirik.
Bəzi sözlər də var ki, onu çox asanlıqla və soyuqqanlı şəkildə söyləyirik....
Görəsən, niyə bəs “sevirəm” sözünü demək bu qədər çətindi?..
Nəyə görə başqa vaxt dil-dil ötən insan bu bir kəlmə sözü deməyə cəsarət etmir? Sözü ağzında o qədər fırladır ki, sonra onu udmalı olur.
Bir həqiqət də var: saf məhəbbətlə sevən insanlar bunu etiraf etməyə çətinlik çəkirlər.
Bəs niyə “sevmirəm” sözünü demək belə asandı?
Niyə bu sözü deyən adamın üzü bozarır və ürəkdolusu “sevmirəm” deyə bilir?
Deyilməsi çətin olan bir söz də var: “bağışla” kəlməsi...
Bu sözü hər insan məqamında deyə bilmir, amma məqamında deyəndə adamın ürəyi necə də rahat olur. Bir anda hər iki tərəfin kini, qəzəbi soyuyur, (qəlbi, ürəyi) yumşalır və münaqişə (aradan qalxır, ortadan götürülür).
BAĞIŞLA!!!
Nə olar, gəlin bu kəlməni vaxtında deyək, qəlbə düşən balaca inciklik qol-budaq atıb rişə salmasın.
Nə olar, gəlin “bağışla” deyək ki, incitdiyimiz, qəlbini qırdığımız insanlara.
Bağışlamağı bacaraq ki, özümüz də bağışlanaq...