Bədii ədəbiyyatda Xocalı soyqırımına həsr
olunmuş bədii əsərlərdən Söhrab Tahirin
“Xocalı qırğını", Hikmət Ziyanın “Xocalı müsi-
bəti”,
Fikrət Qocanın “Hər gecə Xocalıda”,
Aslan Kəmərlinin “Əldən gedir”, Zəlimxan
Yaqubun “Xocalım, layla”, Əli Vəkilin “Dörd-
lüklər”,
Fəridə Hacıyevanın “Xocalım hey!”,
Şərif Ağayarın “Xocalı! Səni dünyaya hayqıra
bilmədik”, Məhəmməd Aranlının “Xocalı”,
Nurəngiz Günün “Xocalı simfoniyası: rekvi-
yem”, Nüsrət Kəsəmənlinin “Xocalı”, Paşa
Qəlbinurun “Cahad”, Rafiq Hümmətin “Şəhid
nəğməsi”, Zeynal Vəfanın “Əsgər andı" şeir-
lərini, Elxan
Elatlının “Cəhənnəmdən gələn
səs” romanını, Nüşabə
Məmmədlinin “Zəngulə”
romanını, Şəmil Sadiq və
Müşfiq Xanın “Ümidlərin
izi ilə” romanını göstərmək
olar.
Xocalı soyqırımının xatirəsinə bir çox
abidələr ucaldılıb. Bakıda Xocalı soyqırımına
aid ilk abidə 1993-cü ildə inşa olunsa da,
2008-ci il fevralın 26-da həmin abidənin ye-
rində “Ana
harayı” adlı abidə ucaldılmışdır.
Avropada Xocalı soyqırımına aid ilk abi-
də 2008-ci il
fevralın 24-də Hollandiyanın
Haaqa şəhərində, 2011-ci il mayın 30-da
Almaniyanın paytaxtı Berlin şəhərində, son-
ralar 2012-ci il fevralın 24-də Bosniya və
Herseqovinanın Sarayevo şəhərində, avqust-
un 23-də isə
Şimali Amerikada Meksikanın
Mexiko şəhərində, 2014-cü il martın 28-də
Türkiyənin Ankara, daha
sonra Izmit, İzmir, Uşak,
Dənizli və Sakarya şə-
hərlərində ucaldılmışdır.
Xocalı soyqırımı haqqında
bir sıra mahnılar və musiqi
kompozisiyaları bəstələnmişdir.
Bunlardan Pyer Tilloyun “Xo-
calı 613” musiqi pyesini,
Alek-
sandr Çaykovskinin “Xocalı
rekviyemini, Nəriman Məmmə-
dovun “Xocalı” (7 saylı simfo-
niya), Elnarə Dadaşovanın “Xo-
calı laylası”, Nigar
Camalın
“Broken Dreams”
mahnılarını qeyd
etmək olar.