11.
Mətndə altından xətt çəkilmiş sözlərin (səh. 112-113) leksik
mənalarını verilənlərin içərisindən düzgün müəyyənləşdirin.
- Bir şeyin üstündə durma, israr etmə
- Olduğu vəziyyəti saxlama, vəziyyətdə sabitlik
12.
Leksik mənası
Bərabər və əks istiqamətdə olduqlarına görə bir-birini məhv
edən qüvvələrin təsiri nəticəsində cismin hərəkətsizlik halı
olan sözü müəyyənləşdirin. Aşağıdakı hökmlərdən birini seçib həmin
sözün ümumişlək, yaxud termin olduğunu müəyyənləşdirin
- Bu söz termindir.
- Bu söz ümumişlək sözdür.
-
Bu söz yerinə görə həm termin, həm də ümumişlək söz kimi
işlənə bilər.
13.
Mətndə göy rəngdə verilmiş sözlərin (səh. 113) sinonimlərini
müəyyən edin. Sizcə, müəyyənləşdirdiyiniz sözlər cümlədəki sözləri
əvəz edə bilərmi?
14.
Mətn əsasında (səh. 112-113) ədəbi dilin normalarının pozulduğu
hallan müəyyənləşdirib cədvəli doldurun və fikirlərinizi
əsaslandırın.
Fonetik norma |
Leksik norma |
Qrammatik norma |
verilib |
olmalıdır |
verilib |
olmalıdır |
verilib |
olmalıdır |
........... |
........... |
Ətrafdan böyük
görünsə də........
|
Kənardan
baxanda böyük
görünsə də,......
|
........... |
........... |
-
115-116-cı səhifələrdə verilmiş mətnin üslubunu bədii üslubla
müqayisə edin. Hansı fərqləri müşahidə etdiniz?
15.
Mətndə (səh. 112-113) nömrələnmiş cümlələrdən hansı
sxeminə uyğundur?
16.
Mətndə (səh. 113) çərçivəyə alınmış hissəni fərqli formada, yəni
təhkiyə dilinə uyğun şəkildə yazın.
17.
Məmməd Arazın
Bəşərin gülləsi - söz, Sözü - məhəbbət olar, Müharibə
olmasa!
misralarından epiqraf kimi istifadə etməklə esse yazın.