1. Mülki əhaliyə, xüsusilə onun ən müdafiəsiz hissəsi olan qadınlara və uşaqlara, saysız-hesabsız əzab-əziyyət gətirən hücum edilməsi və onun bombardman olunması qadağandır və belə hərəkətlər pislənməlidir.
2. Hərbi əməliyyatların gedişində kimyəvi və bakterioloji silahdan istifadə edilməsi 1925-ci II Cenevrə Protokolunun, 1949-cu il Cenevrə Konvensiyalarının və beynəlxalq humanitar hüquq prinsiplərinin ən biabırçı şəkildə pozulması deməkdir və müdafiəsiz qadın və uşaqlar daxil olmaqla, mülki əhali arasında ən böyük itkilərə səbəb olur və qətiyyətlə pislənməlidir.
3. Bütün dövlətlər qadınların və uşaqların müdafiəsi üçün mühüm təminatlar verən 1925-ci il Cenevrə Protokoluna və 1949-cu il Cenevrə Konvensiyalarına, həmçinin silahlı münaqişələr dövründə insan hüquqlarına hörmət edilməsinə aid digər beynəlxalq hüquq aktlarına müvafiq öhdəliklərini tam yerinə yetirməlidirlər.
4. Silahlı münaqişələrdə, əcnəbi ərazilərdəki hərbi əməliyyatlarda və ya hələ də müstəmləkə ağalığı altında olan ərazilərdəki hərbi əməliyyatlarda iştirak edən dövlətlər qadınları və uşaqları müharibənin dağıdıcı nəticələrindən qorumaq üçün bütün səyləri göstərməlidirlər. Təqib, işgəncə, cəza tədbirləri, alçaldıcı davranış və zorakılıq, o cümlədən əhalinin qadınlardan və uşaqlardan ibarət hissəsinə qarşı bu kimi tədbirlərin qadağan edilməsinə nail olmaq üçün bütün zəruri addımlar atılmalıdır.
5. Müharibə edən tərəflərin hərbi əməliyyatların gedişində və ya
işğal edilmiş ərazilərdə, həbsxanaya salma, işgəncə vermə,
güllələmə, kütləvi həbsə alma, kollektiv cəzalandırma, mənzilləri
dağıtma və yaşayış yerindən zorla qovma da daxil olmaqla, qadınlara
və uşaqlara qarşı törətdikləri bütün repressiya və qəddarlıq,
insanlıqdan kənar davranış formaları cinayətkar
hərəkətlər sayılır.
6. Mülki əhaliyə mənsub
olan və sülh, öz müqəddəratını
təyin etmə, milli azadlıq və is-
tiqlaliyyət uğrunda
mübarizədə
fövqəladə vəziyyətlər və hərbi
münaqişələr şəraitinə düşən və
ya işğal olunmuş ərazilərdə ya-
şayan qadınlar və uşaqlar, ev-
eşikdən, qidadan, tibbi yardım-
dan, yaxud insan
hüquqları
haqqında ümumi bəyannamə-
nin, Mülki və Siyasi Hüquqlar
haqqında Beynəlxalq Paktın,
İqtisadi Sosial və Mədəni Hüquqlar haqqında Beynəlxalq Paktın, Uşaq
Hüquqları Bəyannaməsinin, yaxud beynəlxalq hüququn digər aktlarının
müddəalarına müvafiq olaraq digər ayrılmaz hüquqlardan məhrum
edilməməlidirlər.
Haaqa Konvensiyası (hərbi konfiliktlər zamanı mə-
dəni dəyərlərin qorunması haqqında). 07.08.1954-cü il-
dən qüvvədə olan Konvensiya hərbi münaqişələr zamanı
hər bir dövlətin öz ərazisində və rəqib tərəfin ərazisində
yerləşən mədəni dəyərlərin qorunması, arxitektura, incə -
sənət, tarixi abidələr,arxeoloji, qazıntılar kimi daşınan və
daşınmaz mədəni dəyərlərin müdafiə edilməsini iştirakçı
dövlətlərin qarşısında vəzifə kimi qoyur.
Konvensiyanın iştirakçıları özlərinin qanunvericiliyində
ele qanunlar qəbul etməlidilər ki, bu konvensiya onun
şərtlərini pozan və pozmağa göstəriş verənləri cəzalan-
dıra bilsin.