1949-cu il 12 avqust tarixli Cenevrə Konvensiyaları, onlara 1977 və 2005-ci illərdə əlavə edilmiş üç protokol Beynəlxalq Humanitar Hüququn (BHH) əsas sənədləri sayılır. Silahlı münaqişələr hüququ kimi tanınan beynəlxalq humanitar hüquq da, öz növbəsində, iki qola ayrılır:
Döyüşdə artıq iştirak etməyən hərb-
çilərin və döyüş əməliyyatlarında bilava-
sitə iştirak etməyən şəxslərin, yəni mülki
əhalinin mühafizəsinə yönəlir.
Hərbi əməliyyatlar zamanı döyüşən
tərəflərin hüquq və vəzifələrini müəyyən
edir və düşmənə qarşı istifadə edilən va-
sitələri məhdudlaşdırır.
1949-cu ildə İsveçrənin Cenevrə
şəhərində keçirilən konfransda dörd
Cenevrə Konvensiyası qəbul edil-
mişdir:
Ümumilikdə, Cenevrə Konvensiyaları və onlara
əlavə edilmiş protokollar silahlı münaqişələr zamanı
yaralı, xəstə və gəmi qəzasına uğramış hərbçilərin
vəziyyətini yaxşılaşdırmaq, hərbi əsirlərə baş çək-
mək,
mülki əhaliyə köməklik göstərmək və ümumi-
likdə, humanitar
hüquq ilə mühafizə edilən şəxslərə
qarşı müvafiq rəftarı təmin etmək hüququnu müəy-
yən edir.
Hal-hazırda dünyanın 190-dan çox dövləti, o
cümlədən Azərbaycan hökuməti də 1993-cü ildən Konvensiyalara
qoşulmuşdur.
BMT-nin Baş Məclisinin 14 dekabr 1974-cü II tarixli Qətnaməsi ilə qəbul edilmiş “Qadın və uşaqların fövqəladə hallarda, silahlı münaqişələr dövründə müdafiəsi haqqında bəyannamə”də deyilir: