1.
Mətnin abzaslarını müəyyənləşdirin.
2.
Mətnin giriş, əsas və nəticə hissəsinin hər birini bir cümlə ilə
ifadə edin.
3.
Mətnin məzmunu ilə bağlı fikirlərdən hansılar doğru deyil?
-
Görüşün baş tutmaması şəxsə ən böyük həyat dərsini almasına
zəmin yaradır.
-
Görüşün baş tutmamasına səbəb önəmli bir toplantı olur.
- Şəxs yeməkxanaya getmək üçün avtobusa minməli olur.
- Soyuq hava şəxsi yeməkxanaya getməyə məcbur edir.
- Ofisiantın gətirdiyi yeməklər dadlı idi.
4.
Şəxsin üzülməsinə səbəb:
- görüşün baş tutmamasıdır.
- güclü yağışın yağmasıdır.
- telefonunda oyunun olmamasıdır.
- Məryəmin ona dərs verməsidir.
- Məryəmin acınacaqlı taleyidir.
5.
Sizcə, Məryəm nə üçün Suriyadan İstanbula qaçmışdır?
6.
Necə düşünürsünüz, Yaxın Şərqdə aparılan müharibələr təkcə insan
ölümünəmi səbəb
olur?
7.
Sizcə, Məryəmin taleyi başqa kimlərin faciəsi hesab edilə bilər?
8.
Məryəmin hərəkəti F.Əttarın hansı nəsihətinə daha uyğundur? Niyə
belə hesab edirsiniz?
9.
113-114-cü səhifələrdə verilmiş materiallardan və aşağıdakı
sxemdən istifadə etməklə müzakirə aparın.
- Sizcə, bu müharibələrdə ən çox zərər çəkən kim olur?
10.
Əsrlər boyu öz gözəlliyi, möhtəşəmliyi ilə seçilən, dünya memarlıq
sənətinin inciləri sayılan tarixi abidələrin atılan silahların
təsirindən dağılmasına münasibət bildirin. Ölüm saçan silahların
nəinki insanların, eləcə də doğma Qarabağımızda tarixi
abidələrimizin də qətliamına səbəb olduğunu müzakirə edin.