Mövzu ilə bağlı lazımi materi-
allar toplayın.
Götürülən məlumatların
mənbələrini qeyd edin.
Materiallar içərisindən ən
uyğun olanını seçin.
Mövzuya uyğun olaraq şəkil,
xəritə, sitat və s. toplayın.
Seçilmiş materialların sualları-
nıza uyğunluğunu yoxlayın.
Seçilən məlumatları düzgün əlaqələn-
dirin
Giriş hissəni düzgün tərtib edin:
Müzakirə obyekti olan əsas proble-
mi açıqlayın.
Fikirlərinizi faktlarla sübuta yetirin.
Əsas hissədə problemin mahiyyətini
açmağa çalışın.
Nəticə hissəsində problemin həllini ve-
rin, ən əsas məsələləri ümumiləşdirin,
problemə öz münasibətinizi bildirin.
Referatın görüntülü təqdimatına
hazırlaşın.
Görüntü üçün fonu, rəngi,
dizaynı düzgün seçin.
Mövzuya uyğun şəkil seçin.
Maraqlı görüntü üçün elə giriş
verin ki, dinləyiciləri maraq-
landıra biləsiniz.
Referatın təqdimatı.
Referatın və ya mətnin təqdim
olunması çox vacib bacarıqdır.
Təqdimat zamanı aşağıdakılara
əməl etməlisiniz:
Aydın və ucadan danışın.
Dinləyicilərin diqqətini cəlb etmək
üçün uğurlu giriş edin.
Vacib olan məqamları diqqətə
çatdırın.
Təqdimat zamanı səslənmə,
danışıq tempi, fasilə, səsin
yüksəkliyinə, jest və mimikalara
diqqət yetirin.
Təqdimat haqqında rəylərin
soruşulması.
Təklif və iradların dinlənilməsi.