20.
Tədqiqatlarınız əsasında müraciət və qanunların (fərman, sərəncam,
qayda) oxşar və fərqli cəhətlərini müəyyənləşdirin.
|
qanun |
müraciət |
Fərqli cəhətləri |
|
|
Oxşar cəhətləri |
|
21.
S.Ə.Şirvaninin “Oğluma nəsihət” əsərindən istifadə etməklə çətin
sözlərin lüğətini tərtib
edin.
22.
Mətndən (səh. 104) istifadə etməklə sinonimlər cərgəsini
tamamlayın.
23.
Müqabil və qarşı sözlərini dil paraleli hesab etmək
olarmı? Cavabınızı nümunələrlə əsaslandırın.
24.
Mətndə altından xətt çəkilmiş cümlədə (səh. 104) leksik mənası
avaz olan sözün sinonimini müəyyənləşdirin. Müəyyənləşdirdiyiniz
sözü termin kimi cümlədə işlədin.
25.
“Oğluma nəsihət” şeirində söz sırası pozulmuş cümlələri
müəyyənləşdirib qaydaya uyğun yazın. Sonra hər iki formanı
müqayisə edin.
26.
Mətndə fərqləndirilmiş cümlələrin (səh. 105) quruluşunu və növünü
müəyyən edin.
27.
Mətndə altından xətt çəkilmiş cümlədə (səh. 104) hansı normanın
tələbi pozulmuşdur?
Niyə belə hesab edirsiniz? Əslində, necə olmalıdır?
28.
Mətndə (səh. 105) işlənən bölüşdürmə bağlayıcısını tapın. İşlənmə
məqamına diqqət
yetirin.
29.
S.Ə.Şirvaninin “Oğluma nəsihət” əsərinin hansı misrasında xitabın
əlavəsi işlənmişdir?
30.
F.Əttarın “Oğluma nəsihətlər”ində məqsəd və intonasiyaya görə
cümlənin hansı növlərindən daha çox istifadə olunmuşdur? Niyə?
31.
“Aslan və iki öküz” əsərini nəsrə çevirib hekayə şəklində yazın.
Hansı fərqi gördünüz?
32.
“Oğluma nəsihət” əsərinin əsasında “XIX əsrdə ana dili” mövzusunda
məruzə hazırlayın.