7.
S.Ə.Şirvaninin “Oğluma nəsihət” əsərində müəllif gənclərdə hansı
keyfiyyətlərin tərbiyə olunmasına çalışır?
8.
“Aslan və iki öküz” təmsilinin məzmunu dərslikdə öyrəndiyiniz
hansı əsərlə səsləşir? Müqayisələr aparıb fikrinizi əsaslandırın.
9.
Təmsildə fikri çatdırmaq üçün müəllif nədən istifadə etmişdir?
Mətndəki atalar sözünü tapıb ona münasibət bildirin.
10.
S.Ə.Şirvani və F.Əttara görə, dostluqda əsas şərt nədir? Siz bu
şərtə nəyi əlavə edər-
diniz?
11.
Xah rus əhli olsa, xah firəng
Vətən əhlilə olgilən yekrəng misralarının mənasını izah
edin.
12.
İttifaq və iftira nələrə gətirib çıxara bilər? mövzusunda
fikir mübadiləsi aparın.
13.
Tək əldən səs çıxmaz atalar sözünə münasibət bildirin. “Aslan və
iki öküz” təmsilinə həmin atalar sözünü nümunə gətirmək olarmı?
Səbəbini izah edin.
14.
Aşağıdakı fikirlərdən hansı mətnlə daha çox səsləşir?
-
Birlik çirkin əməlləri kökündən kəsib atan iti qılıncdır.
-
Namərdin ac nəfsini doydurmaq üçün əl atdığı hiylə güclü
varlıqların belə məhvinə səbəb olur.
- Böhtan və iftira mənfi xislətlərin ən güclü silahıdır.
-
Mehribanlıq və birgəyaşayış kinli qəlbləri daha çox nifrətlə
doldurur.
15.
Xalq birliyi dedikdə nə başa düşürsünüz? “Vətən müharibəsindəki
parlaq zəfər birliyin və dostluğun nəticəsidir” fikrini faktlarla
əsaslandırın.
16.
Fikrə münasibət bildirin. M.L.Kinq deyir: “Quşlar kimi uçmağı,
balıqlar kimi üzməyi öyrəndik. Lakin çox sadə bir işi unutduq -
qardaş olaraq yaşamağı”.
-
Azərbaycanın bugünkü inkişaf reallığından nümunələr gətirməklə
bu fikri inkar edin.