Həyatda insanı inkişafa aparan 3 şey:
zəhmət, özünəinam, səmimiyyət.
Həyatda ən dəyərli 3 şey:
sevgi, dostluq, sədaqət.
Həyatda insanı məhvə sürükləyən 3 şey:
həsəd, kin, yalan.
Həyatda heç vaxt güvənilməməli 3 şey:
arzular, uğur, zənginlik.
Həyatda heç bir zaman itirilməməli olan 3 şey:
yaxşılıq, ümid, dürüstlük.
Həyatda geri qaytarılması mümkün olmayan 3 şey:
zaman, söz, fürsət.
Fikirlərə münasibət bildirin. Bu fikirlərə siz nəyi
əlavə etmək istərdiniz?