HİROSİMADA SAĞ QALAN BİR SAKİNİN MƏKTUBUNDAN
“Tarix”. İstanbul, 2002
Səhər saat 8-ə qalmış yuxudan oyanmışdım... Qəflətən başımdan bir
zərbə aldım və gözlərimin qarşısında hər yer qapqaranlıq oldu.
... Qaranlığın içərisində yalnız fırtına uğultusu eşidə
bilirdim. Sonra görüntü çox aydın olmasa da, ətrafım işıqlandı
və məşhər yerində olduğumu sandım. Qalın boz buludların
arxasınca hər yer əvvəl mavi, sonra başqa rənglərə büründü...
Üzləri tamamilə parçalanmış insanlar gördüm... Üzləri elə
qorxunc şəkildə şişmişdi ki, kişilərlə qadınları çətinliklə
fərqləndirmək olurdu. Onların gözlərinin yerində çuxurlar
qalmışdı, dodaqları yanırdı.