ölkələrinə daxil oldu. Artıq 1945-ci ilin fevralında müttəfiqlər
Almaniya ərazisinə daxil oldular. Sovet və ABŞ qoşunları apreldə
Elba çayı sahilində birləşdi. Berlini mühasirəyə almış sovet
ordusuna qarşı vuruşmaq üçün Hitlerin yeniyetmələrdən və
yaşlılardan təşkil edilmiş dəstələrdən başqa qüvvəsi qalmamışdı.
Anti-Hitler koalisiyasının yaranması və möhkəmlənməsi
müharibənin gedişinə necə təsir
göstərdi?
Hitlerin son əsgərləri. Aprel, 1945-ci il
AVROPADA MÜHARİBƏNİN BAŞA ÇATMASI
1945-ci ilin fevralında Yaltada (Krım) SSRİ, ABŞ və
İngiltərə başçılarının ikinci görüşü oldu. Konfransda
müttəfiqlərin hücum əməliyyatlarını əlaqələndirmək qərara alındı.
Tərəflər Almaniyanın danışıqsız təslim olmasından sonra ona qarşı
siyasət müəyyənləşdirdilər. Uzaq Şərqdə bir sıra ərazilərin
SSRİ-yə güzəşti müqabilində onun Yaponiyaya qarşı müharibə elan
etməsi haqqında məxfi saziş imzalandı. Apreldə Hitler intihar
etdi. Mayın 8-də Almaniya təslim oldu və Avropada müharibə başa
çatdı.
Tehran və Krım konfransının oxşar cəhətləri hansılardır?
1945-ci ilin yayında Potsdamda (Berlin yaxınlığında)
SSRİ, ABŞ və İngiltərə başçılarının üçüncü konfransı oldu.
Konfrans dünyanın müharibədən sonrakı taleyinə həsr edilmişdi.
Konfransın qərarı ilə əsas faşist hərbi-siyasi canilərini mühakimə
etmək üçün Beynəlxalq hərbi tribunal yaradıldı.