ABŞ və SSRİ-də 1942-ci ildə hərbi istehsalın Almaniyadan neçə
dəfə çox artdığını müəyyənləşdirin. Sizcə, hərbi istehsalın
artmasının müharibədə dönüşün yaranması ilə nə əlaqəsi var?
HOLOKOST
Müharibə illərində Avropada nasistlər tərəfindən yəhudilərə
qarşı soyqırımı həyata keçirildi. Təxmini hesablamalara görə 6
milyona yaxın yəhudi qətl edilmiş, insanların üzərində qorxunc
tibbi təcrübələr aparılmışdı. Yəhudilərə qarşı bu soyqırımı
dünya tarixində holokost kimi tanınır.
Holokost nədir? Holokostu Xocalı soyqırımı ilə müqayisə edin.
SONUN BAŞLANĞICI
1942-1943-cü illərdə müttəfiqlər bütün cəbhələrdə faşist blokunun
hücumlarının qarşısını aldı və əks-hücuma keçdilər. Atlantik və
Sakit okeanlarda üstünlük əldə edildi. Avropa cəbhəsində əsas
ağırlıq Sovet İttifaqının üzərinə düşmüşdü. 1943-cü ilin yayında
baş verən
Kursk döyüşündə sovet ordusu qalib gəldi. Ən böyük tank
döyüşü olan bu qarşıdurma nəticəsində sovet-alman cəbhəsində
əsaslı dönüş başa çatdı.
Kursk döyüşünün hansı nəticələri oldu?
İngiltərə və ABŞ faşist blokuna qarşı qəti hücuma keçərək
Siciliyaya daxil oldu. Bu hücum Mussolininin devrilməsi və faşist
rejiminin süqutu ilə nəticələndi. İtaliya təslim edildi.
İKİNCİ CƏBHƏNİN AÇILMASI
Sovet-alman cəbhəsində əsaslı dönüş başa çatdıqdan sonra faşist
blokuna qarşı ittifaqın üç böyük dövlətinin başçıları (SSRİ-nin rəhbəri İ.Stalin, ABŞ-nin prezidenti F.Ruzvelt və
İngiltərənin Baş naziri U.Çörçill)