BİR ALMAN DÖYÜŞÇÜSÜ
STALİNQRAD DÖYÜŞÜ HAQQINDA
“Tarix”. İstanbul, 2002
23 avqust. Hissələrimiz Volqaya çatmış və şəhərin bir
hissəsini ələ keçirmişdir. Artıq rusların (sovet ordusunun)
yalnız iki çıxış yolu var: Volqanın o tərəfinə qaçmaq, ya da
təslim olmaq. ... əsir aldığımız yaralı bir zabit Stalinqradı
son əsgər ölənə qədər müdafiə edəcəklərini söylədi.
[...] 18 sentyabr. Tabor komandirimiz bizə: “Siyasi
komissarlar müdafiəçilərə ölənə qədər müqavimət göstərmək əmri
vermişdir”, - dedi. Stalinqradın bütün evlərini belə müdafiə
etsələr, əsgərlərimizin heç biri sağ qalmayacaq.
10 noyabr. [...] Almaniyada Stalinqradı tamamilə ələ
keçirdiyimizi düşünürlər. Nə qorxunc yanlışlıq!
29 noyabr. Mühasirəyə alındıq.
[...]
28 dekabr. Bütün atları yedik.
İndi pişik əti belə yeməyə razıyam. [...] Əsgərlər cəsədlərə,
ya da dəlilərə bənzəyirlər. Yalnız yemək axtarırlar. Artıq
güllələr atılanda yerə yatmırlar. Yeriyəcək, yatacaq gücümüz
qalmadı. Lənət olsun bu müharibəyə!