Böyük Britaniya və ABŞ SSRİ-yə İran ərazisi vasitəsilə yardım edə
bilirdi. Digər yollar Murmansk, Vladivostok və Qara dəniz
boğazları idi. Lakin ilk iki liman geniş yardım üçün əlverişli
deyildi. Türkiyə isə bitərəf olduğundan müharibə edən dövlətlərə
boğazları bağlamışdı. Həmçinin Egey adaları alman işğalı altında
olduğuna görə müttəfiq gəmilərinin buradan keçməsi mümkün deyildi.
Ən əlverişli yol olaraq İran qalırdı. Lakin o buna imkan vermək
istəmədi. Buna görə Böyük Britaniya və SSRİ 1941-ci ilin
avqustunda İranı ələ keçirərək burada hakimiyyət dəyişikliyi etdi.
İran nüfuz bölgələrinə ayrıldı. İranın şimalı sovet, cənubu isə
ingilis nüfuz dairəsinə çevrildi.
1941-ci ilin dekabrında Yaponiya təyyarələri
Pörl-Harborda (Havay adaları) olan ABŞ hərbi
bazasına zərbə endirdi. Almaniya da ABŞ-yə müharibə elan etdi.
Hərbi əməliyyatlar şərqə və Sakit okeana yayıldı. ABŞ, SSRİ və
Böyük Britaniya başda olmaqla, 26 dövlət 1942-ci ilin yanvarında
Atlantik xartiyasının əsasında
Birləşmiş Millətlər bəyannaməsini imzaladı və faşist
blokuna qarşı əməkdaşlıq edəcəklərini bildirdilər. Beləliklə,
müharibədən sonra qurulacaq olan
Birləşmiş Millətlər Təşkilatının yaradılmasında ilk addım
atılmış oldu. Anti-Hitler koalisiyasının yaranması və
möhkəmlənməsi müharibənin gedişinə təsir göstərdi.
ABŞ-nin müharibəyə daxil olması müharibənin gedişinə necə təsir
göstərdi?
MÜHARİBƏDƏ DÖNÜŞ
1942-ci ilin əvvəlləri faşist blokunun üstünlüyünün zirvə nöqtəsi
oldu. Həmin ilin yazında Qafqazı və Bakı neftini ələ keçirmək üçün
hücuma başlandı. Alman qoşunu Volqa çayına çatdı və Stalinqradı
mühasirəyə aldı. Şimali Qafqazın bir hissəsi işğal edildi. Lakin
sovet