Şəkil əsasında almanların Moskvaya hücumunu çətinləşdirən amili
müəyyən edin.
UZAQ ŞƏRQDƏ HƏRBİ ƏMƏLİYYATLAR
Təbii resurslar baxımından zəif olan Yaponiya hələ 1930-cu illərin
əvvəllərindən işğalçı siyasətə başlamaqla Çinin ərazilərini və
Hind okeanının şərqindəki adaları işğal edərək buranın neft və
kauçuk resurslarını ələ keçirmişdi. Dəniz yollarına nəzarəti ələ
almaq isə həyati önəm daşıyırdı. Yaponiya
müharibə iqtisadiyyatı*
qurmaq üçün dənizlərdə hegemonluq etməli idi. Bu isə Böyük
Britaniya və ABŞ ilə rəqabətə səbəb olmuşdu. 1941-ci ilin
aprelində Yaponiya və SSRİ arasında hücum etməmək haqqında
müqavilə imzalandı. Bundan istifadə edən Yaponiya Uzaq Şərqdə
fəallaşdı və bir sıra əraziləri işğal etdi. Yaponiya bu ölkələrdə
“Asiya asiyalılarındır!” şüarı altında “sarı” irqin ağları məğlub
edəcəyi təbliğatını aparırdı.
bütün resursların (xammal, kənd təsərrüfatı, işçi qüvvəsi,
maliyyə və s.) müharibənin tələbatına uyğunlaşdırılmasıdır.
Avropada, Afrikada və Uzaq Şərqdə hərbi əməliyyatların gedişinə
aid sinxron cədvəl tərtib edin.
ABŞ-nin MÜHARİBƏYƏ DAXİL OLMASI
ABŞ müharibənin əvvəllərində bitərəflik siyasəti yürüdürdü. Lakin
hələ 1941-ci ilin martında qəbul edilmiş Lend-Liz (borc və kirayə) qanunu ilə ABŞ-nin təhlükəsizliyi üçün vacib hesab edilən
dövlətlərə yardım edilirdi. Bu qanun əvvəl Böyük Britaniyaya,
sonralar isə SSRİ-yə şamil olundu. 1941-ci ilin avqustunda Böyük
Britaniyanın Baş naziri Uinston Çörçill və ABŞ prezidenti
Franklin Ruzvelt Atlantik okeanında hərbi gəmidə
görüşdülər. Nəticədə faşist blokuna qarşı müharibənin məqsədlərini
və gələcəkdə sülhün prinsiplərini müəyyən edən
Atlantik xartiyasını imzaladılar.