UİNSTON ÇÖRÇİLL
“Müharibə nitqləri”, 1940-cı il, iyun
Önümüzdə çox böyük imtahan var. Uzun, aylarla davam edəcək bir
mübarizə və böyük əziyyət var. Məndən həyata keçirəcəyim
siyasətin necə olacağını soruşursunuz. Cavabım: Dənizdə, quruda
və havada bütün gücümüzlə vuruşmaq! ... Məndən məqsədimizin nə
olduğunu soruşursunuz. Sizə iki kəlmə ilə cavab verim: Qələbə!
Nəyin bahasına olursa-olsun, qələbə! ... Yolumuz nə qədər uzun
və çətin olsa da, qələbə!
⚹ ⚹ ⚹
Sonuna qədər gedəcəyik... Dənizlərdə, okeanlarda vuruşacağıq,
daha çox inamla və daha böyük güclə, ... adamızı müdafiə
edəcəyik. ... tarlalarda və küçələrdə vuruşacaq, əsla təslim
olmayacağıq. Əgər bir gün bu ada - bir an belə buna inanmıram -
əsarətə məhkum olarsa, o zaman dənizlərin o tərəfindəki
imperatorluğumuz Britaniya donanmasının təmin etdiyi silah və
inamla müharibəyə davam edəcəyik.