Sovet qoşunları isə hücum edərək Polşanın şərqini işğal etdilər.
Almaniya və SSRİ arasında imzalanan müqavilə ilə Şərqi Avropa iki
dövlət arasında nüfuz dairələrinə bölündü. 1939-cu ilin noyabrında
sovet qoşunları Finlandiyaya hücum etdi. Bu, SSRİ-nin
Millətlər Cəmiyyətindən çıxarılmasına səbəb oldu.
Qış müharibəsi adlanan və 1940-cı ilin martında başa çatan
bu müharibə nəticəsində SSRİ Baltik sahillərindəki bəzi əraziləri
işğal etsə də, Finlandiya öz müstəqilliyini qorudu. 1940-cı ildə
SSRİ Baltik ölkələrini: Estoniya, Latviya və
Litvanı işğal etdi. Bessarabiya Rumıniyadan alındı.
Beləliklə, SSRİ 1917-ci il inqilabına qədərki Rusiya imperiyasının
qərb sərhədlərini bərpa etdi.
SSRİ-nin Millətlər Cəmiyyətindən çıxarılmasına səbəb nə idi?
“QƏRİBƏ MÜHARİBƏ”
Böyük Britaniya və Fransa Almaniyaya müharibə elan etsələr də,
fəal hərbi əməliyyatlara