ların fəaliyyəti dövlət nəzarətinə alınmaqla kapitalın həddən
artıq mərkəzləşməsinin qarşısı alındı.
Ruzveltin prezidentliyi dövründə ölkənin xarici siyasətində
əhəmiyyətli dəyişikliklər baş verdi. XX yüzilliyin əvvəllərinədək
ABŞ-nin xarici siyasətinin əsasını təcridçilik prinsipləri təşkil
etdiyi halda, məhz Ruzveltin prezidentliyi dövründə ümumdünya
siyasətində ABŞ-nin söz sahibi olması, Latın Amerikasından Avropa
dövlətlərinin sıxışdırılıb çıxarılması, Çin və digər Asiya
ölkələrində ABŞ-nin mövqeyinin möhkəmləndirilməsi və Avropada
nüfuzunu yüksəltməklə ümumdünya ağalığını təmin etmək siyasəti
yeridilməyə başlandı.
1912-ci ildə prezident seçilən Vudro Vilson
gömrük, bank işi və maliyyə sahəsində əsaslı islahatlar keçirdi.
Sənaye inhisarları üzərində dövlət nəzarəti gücləndirildi.
Nəticədə azad rəqabət mühiti yaxşılaşdırıldı.