ANDRE FRANSUA-PONSE
Fransanın Berlindəki səfiri
Avstriyanın ilhaqı Hitlerin böyük Reyxi yaratmaq proqramını
tətbiq etməyə başlayanda istifadə etdiyi üsulu anlamağımıza
kömək edə bilər. Bu üsul daxili və xarici casuslardan istifadə
edərək ələ keçiriləcək ölkəni qarışdırmağa və mərhələli olaraq
təhrik etməyə əsaslanır. Bu casusların təşkil etdiyi hadisələr
Gebbelsin rəhbərliyi ilə beynəlxalq böhran yaratmaqla
vəzifələndirilmiş alman mətbuatı tərəfindən təbliğ edilir.
Daha sonra Hitler məsələyə qarışır və alman ailəsinin bir qolu
olaraq qəbul etdiyi xalqın taleyinə laqeyd qalmayacağını elan
edir. [...] Ordu hansısa bir bəhanə ilə səhnəyə çıxır. [...]
Avstriyanın ilhaqı beynəlxalq vəziyyətin başqa bir
xüsusiyyətini, yəni almanların güc nümayişi qarşısında böyük
dövlətlərin reaksiyasının zəifliyini bir daha aşkara çıxardı.
[...] Bu zəiflik [...] sülh tərəfdarı olmaqla izah edilə
bilər. [...] Mussolini Hitlerlə dost oldu. Avstriyanın
ilhaqına qarşı çıxmayacaq [...] Fransa isə böhran içindədir.