GENERAL DE KASTELNO
“Parisin səsi” qəzeti, 1936
Moskvanın nəzarətindəki sovet çevrilişi ilə Sovet İttifaqına
kölə olmamaq üçün üsyan edənlər arasındakı müharibə... İspaniya
Xalq Cəbhəsinin maskası altında baş verir. Əvvəlki dövrdən
fərqli olaraq, siyasi hakimiyyəti ələ keçirmək üçün mübarizə
aparan iki qrup artıq yoxdur. Bu gün Moskva barbarlığı ilə Qərb
sivilizasiyası arasında bir müharibə var. “Bolşevik tərəfdarı
cəbhə” iqtidarı ələ keçirərək müharibə aparır. Güllələyir, talan
edir və yandırır. Din əleyhinə qəzəbi isə sərhəd tanımır.