konfrans keçirildi. Konfransda Avstriyanın ərazi bütövlüyü
təminat altına götürüldü. Lakin Almaniyanın silahlanmasına qarşı
tədbir görülmədi. 1936-cı ildə Almaniya Versal müqaviləsini bir
daha pozaraq silahsızlandırılmış Reyn bölgəsinə qoşun yerləşdirdi.
Bu hadisə İngiltərə və Fransa tərəfindən yalnız şifahi etirazla
qarşılandı. Bu, Hitlerin daxili və xarici nüfuzunu artırdı, onu
tədricən işğalçılıq siyasəti yürütməyə cəsarətləndirdi.
1935-1936-cı illərdə İtaliyanın Efiopiyanı işğal etməsi
dövlətlərarası münasibətlərdə əsaslı dəyişikliklərə səbəb oldu.
İngiltərə və Fransa bu işğalı pislədiyi üçün Mussolini onlardan
uzaqlaşdı və Hitlerlə yaxınlaşdı. 1936-cı ildə Almaniya və İtaliya
arasında ittifaq bağlandı. Uzaq Şərqdə SSRİ ilə arasında olan
gərginlik Yaponiyanı da Almaniya ilə yaxınlaşdırdı və onlar
arasında “Antikomintern” paktı imzalandı. Pakta görə
Almaniya və Yaponiya Beynəlxalq kommunist təşkilatına qarşı birgə
mübarizə aparmalı idi. Sonralar İtaliya, Macarıstan, İspaniya və
bir sıra başqa ölkələr də bu pakta qoşuldu.
dünyada kommunist ideologiyasını yaymaq üçün SSRİ tərəfindən
yaradılmış beynəlxalq təşkilatdır.
Sizcə, nə üçün Avstriyanın ərazi bütövlüyü təminat altına
alındı? Bunun digər dövlətlər üçün hansı geostrateji əhəmiyyəti
var idi?
Dövlətlərarası münasibətlərdə gərginlik yaradan hadisələrdən biri
də İspaniyada vətəndaş müharibəsi oldu. 1936-cı ildə bu ölkədə
demokratik seçki yolu ilə hakimiyyətə respublika tərəfdarı olan
Xalq Cəbhəsi gəlmişdi. Lakin general Frankonun başçılığı ilə
faşistpərəst hərbi qüvvələr qiyam qaldırdı. Beləliklə, ölkədə
respublikaçılarla faşistlər arasında vətəndaş müharibəsi başladı.
İtaliya və Almaniya faşistlərə yardım etmək üçün İspaniyaya
müdaxilə etdi. Lakin Avropanın liberal demokratik rejimli ölkələri
müharibədən çəkinərək qarışmamaq siyasəti yürüdürdü. SSRİ isə
respublikaçılara kömək edirdi. Müharibə