Yaponiyanın bu siyasətinin və “oyuncaq dövlət” qurmasının müasir
dövrdə Ermənistanın işğalçı siyasəti ilə oxşar cəhətini təhlil
edin.
1933-cü ildə nasistlər hakimiyyətə gəldikdən sonra Almaniya da
Millətlər Cəmiyyətini tərk etdi. Böyük böhran nəticəsində
ayrı-ayrı ölkələrin qapalı iqtisadi siyasət yeritməyə məcbur
olması, Millətlər Cəmiyyətinin nüfuzunun azalması silahsızlaşma
sahəsində danışıqların tədricən dayanmasına səbəb oldu.
1930-cu illərdə Millətlər Cəmiyyətinin nüfuzunun azalmasına
hansı amillər təsir göstərdi?
Dünya iqtisadi böhranının yayılması 1930-cu illərdə Avropada
diktatura rejimlərinin artmasına səbəb oldu. Dünyada avtoritar
rejimlərin sayı çoxalırdı.
Liberal demokratiyanın* zəifləməsinin əlaməti olan bu amil
dövlətlərarası münasibətlərdə gərginliyi daha da artırdı.
hakimiyyətin öz təmsilçilərini ümumi, azad seçki yolu ilə seçən
xalqın əlində olduğu və hakimiyyət bölgüsünün tətbiq edildiyi
siyasi rejimdir.
1920-ci illərin sonu - 1930-cu illərin əvvəllərində
dövlətlərarası münasibətlərdə gərginliyin yaranmasının səbəbini
izah edin.
TƏHLÜKƏNİN BÖYÜMƏSİ
1934-cü ildə Hitler Avstriyanın Baş nazirinə sui-qəsd təşkil
etdirərək dövlət çevrilişinə nail olmaq istədi. Bu, Avstriyanın
Almaniyaya anşlüsu (birləşdirilməsi) yolunda ilk addım idi. Lakin
Mussolini Avstriya sərhədinə qoşun yeridərək Almaniyanın bu
cəhdinin qarşısını aldı. 1935-ci ildə Almaniya Versal
müqaviləsinin şərtlərini pozaraq ümumi hərbi mükəlləfiyyəti bərpa
etdi. Almaniyanın Versal müqaviləsinin hərbi qərarlarından imtina
etməsi məsələsini müzakirə etmək üçün 1935-ci ildə Fransa,
İngiltərə və İtaliyanın iştirakı ilə Strezada (İtaliya)