Rapalloda iqtisadi müqavilə imzalandı. Bu, müharibədən
sonra təcrid edilmiş hər iki dövlət üçün mühüm hadisə oldu.
Təhlükəsizliyini təmin etmək və Almaniyanı təzminatları ödəməyə
məcbur etmək üçün Fransanın iki yolu var idi: hərbi müdaxilə ilə
təhdid və ya vasitəçilik üçün Millətlər Cəmiyyətinə müraciət
etmək. O, əvvəlcə daha çox birinci həll yolundan istifadə etdi. Bu
siyasət Almaniyanın Versal müqaviləsinin bütün şərtlərini yerinə
yetirməyə məcbur edilməsini nəzərdə tuturdu. Nəticədə 1923-cü ildə
Fransa və Belçika qoşunları Almaniyanın əsas sənaye mərkəzi olan
Rur bölgəsini işğal etdi. Almaniyada baş verən yüksək inflyasiya
təzminatların dəyərsiz kağız pullarla ödənəcəyi narahatlığını
yaratmışdı. Fransa Rur bölgəsindəki kömürü hərbi yolla müsadirə
edərək Almaniyanı cəzalandırmaq istəyirdi. Rur böhranı təzminatın
ödənilmə vaxtının uzadılması məsələsini ortaya çıxarmışdı. Bunun
üçün 1924-cü ildə Daues planı qəbul edildi. ABŞ dövlət xadimi
Çarlz Daues tərəfindən hazırlanan bu plan təzminatın ödənilmə
vaxtının uzadılmasını nəzərdə tuturdu. Almaniya inflya siyadan
yeni pul vahidinin buraxılması və ABŞ-nin verdiyi borclardan
istifadə etməklə çıxa bildi.
Daues planının məqsədi nə idi?
“YUMŞALMA DÖVRÜ”
Fransa-Almaniya yaxınlaşmasının təsiri ilə 1924–1929-cu illər
dövlətlərarası münasibətlərdə
“Yumşalma dövrü” kimi səciyyələndirilir. 1925-ci ildə
keçirilən Lokarno konfransında qəbul edilən
pakt* Fransa, Belçika və Almaniya arasındakı sərhədlərin
toxunulmazlığını təminat altına aldı. Anlaşılmazlıqların sülh yolu
ilə həll edilməsinə qərar verildi. Bununla da Almaniya yenidən
dövlətlərarası əməkdaşlığa başladı. 1926-cı ildə o, Millətlər
Cəmiyyətinə daxil oldu və bərabərhüquqlu tərəfdaş kimi tanındı.
latın sözü olub, mənası “saziş”, “razılaşma” deməkdir.