Müharibə borcları və təzminatlar problemi, Daues planı, “Reyn”
paktı, “Yumşalma dövrü”,
“Brian-Kelloq” paktı, “Antikomintern” paktı
Versal-Vaşinqton sistemi dövlətlərarası münasibətləri ədalətlə
həll etmədi. Qalib dövlətlər bütün məsələlərin həllində öz
mənafeyindən çıxış etdi. Bu, sərhədlər və təzminat məsələlərində
xüsusilə özünü aydın göstərdi. Nəticədə tezliklə yeni
münaqişələrin meydana çıxmasına zəmin yarandı. Bu isə yeni dünya
müharibəsinin başlamasına gətirib çıxardı.
FRANSA VƏ ALMANİYA ARASINDA GƏRGİNLİK
Paris sülh konfransından sonra müharibə borcları və
təzminatlar problemi dövlətlərarası münasibətlərin əsas
məsələsi oldu. 1922-ci ildə bu məsələlərin həlli üçün
Genuyada
(İtaliya) beynəlxalq konfrans keçirildi. Konfransda Sovet
Rusiyası və Almaniya da iştirak edirdi. Sovet Rusiyası çar
hakimiyyətinin dövründə alınmış borcların ona aid olmadığını
bildirdi. Konfransın gedişində sovet Rusiyası və Almaniya arasında
Genuya yaxınlığındakı
1930-cu
illərdə
Avropada
siyasi re-
jimlər
Demokratik
rejimlər
Avtoritar
rejimlər
Faşist
rejimlər
Kommunist
rejimlər
1930-cu illərdə Av-
ropada siyasi rejim-
lərin müxtəlifliyinin
dövlətlərarası mü-
nasibətlərə təsiri-
ni xəritə əsasında
təhlil edin.