1931-ci ildə yaponlar Çinə hücuma başladılar və qısa zaman ərzində
bütün Şimali-şərqi Çini özlərinə tabe etdilər. 1932-ci ildə
faktiki olaraq Yaponiyanın nəzarəti altında olan Mançjou-Qo
dövlətinin yaradıldığı elan edildi. Qərb ölkələri tərəfindən
Yaponiyanın Çindəki təcavüzkarlıq siyasətinin pislənməsi onun
1933-cü ildə Millətlər Cəmiyyətindən çıxmasına gətirib çıxardı.
1937-ci ilin yayında Yaponiya Çinə genişmiqyaslı hücuma başladı.
Şimali və Mərkəzi Çində fəal hərbi əməliyyatlar aparan yaponlar
tezliklə Çinin Nankin, Şanxay kimi iri şəhərlərini ələ keçirdilər.
Bununla yanaşı, 1938-ci ildə SSRİ torpaqlarına, 1939-cu ildə
Monqolustana hücüm etmək istəsələr də, bu hücumlar nəticəsiz
qaldı.
Şimali-şərqi Çini tutan Yaponiya bu ərazini imperiyasına qatmadı
və burada “müstəqil” Mançjou-Qo dövləti yaratdı. Yaponiyanın bu
addımını necə qiymətləndirərsiniz?
II Dünya müharibəsi başlanana qədər Yaponiyanın işğal etdiyi
əraziləri kontur xəritədə işarələyin.