GENERAL TANAKA
General Tanakanın imperatora göndərdiyi
memorandumdan bir hissə
Əgər Yaponiya özünümüdafiə və digərlərini müdafiə etmək üçün
“dəmir və qanla” siyasətini yürütməsə, Şərqi Asiyada
çətinlikləri həll edə bilməz... Çini tutmaq üçün biz əvvəl
Mancuriyanı və Monqolustanı ələ keçirməliyik. Dünyanı tutmaq
üçün biz əvvəl Çini ələ keçirməliyik. Əgər biz Çini ələ keçirə
bilsək, bütün Kiçik Asiya ölkələri, Hindistan, eləcə də cənub
dənizi ölkələri bizdən qorxar və bizə təslim olar.