ÇİN
Birinci dünya müharibəsi zamanı Çin Antanta dövlətləri tərəfində
vuruşurdu. Buna baxmayaraq, müharibənin yekunlarına həsr olunmuş
Paris sülh konfransında qalib dövlətlər Çinə lazımi dəyər vermədi.
Çinin xarici hərbi hissələrin ölkəsindən çıxarılması tələbi rədd
edildi. Əksinə, Almaniyanın Çindəki mülklərinin Yaponiyanın
ixtiyarına keçməsi haqqında qərar qəbul edildi. Buna cavab olaraq
bütün Çini həyəcan bürüdu. 1919-cu ildə Pekində çoxminli tələbə
nümayişi oldu. Nümayişçilər sülh müqaviləsinin imzalanmaqdan
imtina edilməsi və yapon mallarının boykot edilməsi tələbləri ilə
çıxış edirdilər. Tezliklə hərəkat bütün ölkəyə yayıldı. Nəticədə
hökumət Versal sülhünü imzalamaqdan imtina etdi və bir neçə
yaponpərəst naziri istefaya göndərdi. Bu hərəkat Çin cəmiyyətinin
demokratiya, müstəqillik yolunda bir növ oyanış rolunu oynadı.
Tezliklə ölkədə yeni, aydın məqsədləri olan partiya və təşkilatlar
yaradıldı.
Paris sülh konfransında Çinlə bağlı verilən qərarı necə
qiymətləndirirsiniz?
Sun Yatsen
Ölkənin birləşdirilməsi yolunda milliazadlıq və inqilabi
hərəkatın yaradılmasında Sun Yatsenin rolu böyükdür.
Əvvəlcə o, inqilaba hazırlıq üçün 1919-cu ildə Homindan
partiyasını bərpa etdi. Tezliklə ətrafında müəyyən siyasi
qüvvələri cəmləyən Sun Yatsen 1921-ci ildə ölkənin cənubunda,
Quançjouda yığışmış fövqəladə parlament tərəfindən Çinin
prezidenti seçildi. Ancaq şimaldakı feodal- hərbi qüvvələri onu
tanımadı. “Çinin qurtuluşu” naminə qərb ölkələrindən kömək ala
bilməyən Sun Yatsen sovet Rusiyasına üz tutdu. Tezliklə SSRİ-nin
köməyi ilə o, güclü ordu yarada bildi. 1921-ci ilin yayında
Şanxayda Çin Kommunist Partiyası (ÇKP) yaradıldı. ÇKP-nin lideri
Mao Tszedun, əsasən, kəndlilərə arxalanır