olması ABŞ qüvvələrini bəzi məğlubiyyətlərlə üzləşdirdi.
1862-ci ilin mayında “Homstedlər* haqqında” Qanun qəbul
edildi. Qanuna görə torpaq becərmək istəyən hər amerikalı cüzi
haqq ödəməklə 65 hektar torpaq sahəsi ala bilərdi. Əldə olunan
torpaq sahəsi səmərəli şəkildə becərilməli və burada kölə
əməyindən istifadə olunmamalı idi.
ingilis sözü olub, mənası “boş ev, yer, boş sahə,
torpaq”deməkdir.
Prezidentin 1862-ci ildə “Azadolunma haqqında Bəyannamə”ni
imzalaması ilə növbəti ilin yanvarından köləlik ləğv olundu. ABŞ
hökuməti tərəfindən atılan bu liberal addımlar müharibədə Şimalın
üstünlüyünü təmin etdi. 1865-ci ilin aprelində Konfederasiya
ordusunun təslim olması ilə müharibə Şimalın qələbəsi ilə başa
çatdı və ABŞ-nin bütövlüyü bərpa olundu.
Müharibə qurtardıqdan bir neçə gün sonra Linkoln teatr salonunda
sui-qəsd nəticəsində öldürüldü.
ABŞ konqresi vətəndaş müharibəsindən sonra Konstitusiyaya yeni
əlavələri qəbul etdi, bütün ölkə ərazisində köləliyin ləğvi ilə
əlaqəli olaraq qaradərililər mülki və siyasi hüquqlar aldılar.
ABŞ-də köləliyin ləğvini zəruri edən səbəbləri müəyyən edin.
Müharibədən sonra iqtisadi cəhətdən sürətlə inkişaf etməyə
başlayan ABŞ-nin sərhədləri yenidən genişləndirildi. Bu
ərazilərdən biri də Rusiyadan alınan zəngin xammal ehtiyatına
malik Alyaska oldu.
ABŞ XX YÜZİLLİYİN ƏVVƏLLƏRİNDƏ
1901-ci ildə prezident vəzifəsinin icrasına başlayan Teodor
Ruzvelt iqtisadiyyatın dövlət tərəfindən tənzimlənməsi
istiqamətində ilk addımlar atdı. İri trestlər və digər inhisarçı
qrupların