Mohandas Qandi, “duz yürüşü”, Sun Yatsen, Homindan partiyası, Mao
Tszedun,
general Tanaka, Mançjou-Qo
HİNDİSTAN
Birinci Dünya müharibəsindən sonra da Hindistanın siyasi
hüquqsuzluğu davam edirdi. 1919-cu ildə “Hindistanın idarəsi
haqqında” qanun qəbul edildi. İngiltərənin Hindistanda müstəmləkə
rejimini möhkəmləndirməyə yönəlmiş islahatları ölkədə azadlıq
hərəkatının yüksəlməsinə səbəb oldu. Bu qanunlarla ingilis
hökuməti Hindistandakı hakim dairələrə fövqəladə hüquqlar verirdi.
Hakim dairələrin bütün yüksək çinli vəzifələri ingilislərin əlində
qaldı. Hindlilər yalnız yerli əhəmiyyətli vəzifələrdə çalışa
bilərdi. Qanuna görə hind xalqının seçki hüququ 1 faizdən 3 faizə
(yaşlı əhalinin) qaldırıldı.
Qanun bütün ölkədə kəskin etiraza səbəb oldu. Hindistan Milli
Konqresi kütləvi mübarizəni genişləndirmək taktikasını bəyəndi.
Mohandas Karamçand Qandi (Mahatma Qandi)
Milli Konqresə başçılıq edərək əhalinin geniş təbəqələrini
hərəkata cəlb edə bildi. Ölkəni
İngilis kralının təsviri olan hind rupisi
nümayişlər və mitinqlər dalğası bürüdü. Qandinin elan etdiyi
vətəndaş itaətsizliyi kampaniyası Hindistana özünüidarə hüququ
verilməsi şüarı altında gedirdi. Hər yerdə ingilis mallarının
boykotu başlandı. Fəhlələr ingilis müəssisələrində işləməkdən
imtina edir, qatarların hərəkətini dayandırırdılar. Lakin hərəkat
iştirakçıları arasında birliyin olmamasından istifadə edən ingilis
hakimiyyət orqanları onu qəddarlıqla yatırdı.
Vətəndaş itaətsizliyi kampaniyasını necə qiymətləndirirsiniz?