PƏHLƏVİLƏR SÜLALƏSİ
Baş nazir olsa da, hərbi nazir vəzifəsini əlində saxlayan Rza xan
1925-ci ilin dekabrında məclisi Qacarlar sülaləsinin devrilməsinə
və özünü şah elan etməsinə məcbur etdi. Yeni sülalə Pəhləvi adını
aldı. Hakimiyyətinin ilk illərində Rza şah Qacarlardan
fərqliliyini göstərmək üçün parlamentə və sahibkarlığa hörmətlə
yanaşdı.
Cəngəlilər. 1920ci il
Lakin zaman keçdikcə məclisin əhəmiyyəti azaldılır, şahın mövqeyi
güclənirdi. Tezliklə ölkədə hərbi diktatura quruldu, hərbi
mükəlləfiyyət tətbiq edildi. Yürüdülən mərkəzləşdirmə siyasəti
nəticəsində xanların separatçılığına son qoyuldu. 1935-ci ildən
diplomatik yazışmalarda dövlət İran adlandırılmağa başlandı. Fars
dili dövlət dili elan edildi, başqa dildə kitab və qəzet nəşri
qadağan edildi. Paniranizm dövlətin rəsmi ideologiyasına çevrildi.
Rza şah milli sənayeni və ticarəti inkişaf etdirmək məqsədilə
gömrük muxtariyyəti tarifləri, ölkəyə gətirilən mallara yüksək
himayəedici vergi müəyyənləşdirdi. Bu tədbirlər milli istehsalın
və sənayenin inkişafına yol açdı. Buna baxmayaraq, 1929–1933-cü
illərin iqtisadi böhranı ölkənin iqtisadi cəhətdən geri qaldığını
göstərdi. Bu, hökumətin ölkədə dövlət kapitalizmi siyasətini
həyata keçirməsinə gətirib