Avropa nümunəsində mülki və cinayət məcəllələri qəbul edildi. Ölkə
Avropa təqviminə, latın əlifbasına keçdi. 1934-cü ildə soyad
haqqında qərar verildikdən sonra Mustafa Kamal Atatürk soyadını
götürdü. Atatürkün əsas iqtisadi siyasəti etatizm idi. Etatizm
dövlət kapitalizminin bir forması idi. Bu siyasət xarici kapitalın
fəaliyyətini məhdudlaşdırmağa, milli burjuaziyanın mövqeyini
möhkəmləndirməyə yönəlmişdi.
30-cu illərin ortalarına doğru “Kamal dəyişiklikləri” bəhrəsini
verməyə başladı. Ölkənin siyasi və iqtisadi mövqeyi gücləndi.
Türkiyənin qonşu dövlətlər arasında nüfuzu yüksəldi. 1932-ci ildə
Türkiyə Millətlər Cəmiyyətinə daxil oldu. O dövrdə Türk
diplomatiyasının xarici siyasətdə ən uğurlu addımı Qara dəniz
boğazları məsələsinə dair beynəlxalq Montre konfransının
İsmət İnönü
keçirilməsi oldu. Qəbul
edilmiş yeni konvensi-
yaya görə Türkiyə boğazlar
məsələsində böyük üstünlüklər qazandı.
1938-ci ildə M.K.Atatürk vəfat etdi. Türkiyənin yeni prezi-
denti İsmət İnönü oldu.